Bakıda Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu çərçivəsində “İqtisadi diversifikasiya və investisiyalar” mövzusunda sessiya keçirilib.
Caspian Energy Media AZPROMO-ya istinadən xəbər verir ki, sessiyada ölkələrimizdə yüksək texnologiyalar, kənd təsərrüfatı, turizm və bərpa olunan enerji sahələrinin ortaq təşəbbüslərlə artımının dəstəklənməsi ətrafında fikir mübadiləsi aparılıb.