SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi “SOCAR Türkiyə”də Yay Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb. Bu barədə Caspian Energy Media BANM-a istinadən xəbər verir.
BANM-in rektoru Elmar Qasımov seçilən tələbələrlə görüşüb. Onlara uğurlar arzulayıb, bu təcrübənin peşəkar kadr kimi yetişmələrinə böyük töhfə verəcəyini deyib. Təcrübə Proqramı iki ay davam edəcək.