Пятница, 26 Июль 2024 15:21

İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov və İqtisadiyyat Nazirliyinin aidiyyəti strukturlarının rəhbərləri qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla  görüşüblər. Görüşdə həmçinin bir sıra özəl maliyyə qurumlarının nümayəndələri iştirak edib.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, sahibkarlarla görüşdə yerli istehsalın artımı və ixrac potensialının genişləndirilməsi imkanları müzakirə edilib.

Qeyd edək ki, sahibkar və ixracatçılarla dialoqun davamı olaraq Yevlax Pilot Aqropark, həmçinin Gəncə şəhərində görüşlər keçiriləcək.

Daha ətraflı

 

Read 476 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ