Среда, 23 Октябрь 2024 15:17

ADA Universiteti ilə “Veysəloğlu” şirkətinin tərəfdaşlığı uğurla davam edir

Tərəfdaşlıq sahələrinə təhsilə və sosial layihələrə dəstək, əməkdaşların ixtisaslarının artırılması, tələbə və şagirdlərin praktiki təcrübələrinin inkişafı üçün proqramların hazırlanması və iki tərəfin marağı əsasında müəyyənləşdirilən digər istiqamətlər daxildir. Bu barədə “Caspian Energy Media“ya “ Veysəloğlu Şirkətlər Qrupundan məlumat verilib.

Bu çərçivədə ADA Universitetinin rektoru Hafiz Paşayev və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov ADA Məktəbində görüşərək təhsildə korporativ sosial məsuliyyət layihələrini müzakirə ediblər. Onlar tərəfdaşlığın uğurunu nəzərə alaraq bunun ADA Universiteti Fondu vasitəsilə növbəti illərdə də davam etdirilməsini qərara alıblar.Qeyd edək ki, “Veysəloğlu”nun hazırda 150 nəfər rəhbər əməkdaşı ADA Universitetinin İxtisasartırma Proqramının təqdim etdiyi “Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edir.Görüşdə ziyalıların və mesenatların əməkdaşlığının təhsil tarixindəki rolu və bunun qorunub saxlanılmasının vacibliyi vurğulanıb.

Read 237 times Last modified on Среда, 23 Октябрь 2024 14:33

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ