Asiya İnkişaf Bankı (ADB) inkişaf etməkdə olan üzv ölkələrdə, o cümlədən Azərbaycanın nəqliyyat sektorunda kibertəhlükəsizlik potensialının gücləndirilməsi layihəsini təsdiqləyib.
“Caspian Energy Media” ADB-a istinadən xəbər verir ki, layihənin həyata keçirilməsi üçün 1,57 milyon ABŞ dolları məbləğində texniki yardım ayrılacaq. Bunun 1,17 milyon ABŞ dolları Çiçəklənən və Dayanqlı Asiya və Sakit okean regionu üçün Yaponiya Fondunun qrantı əsasında, 400 min ABŞ dolları isə Yüksək Texnologiyalar Fondu tərəfindən təmin ediləcək.
Layihəyə informasiya materiallarının hazırlanması və yayılması, təlim və tədris səfərləri vasitəsilə potensialın inkişafı, layihələrin həyata keçirilməsinə və tərəfdaşlığın inkişafına dəstək daxildir.