İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Juliana Muganza ilə görüşüb.
Görüşdə ölkəmizin sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədə aparılmış islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. Tərəflər həmçinin iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.