Среда, 08 Январь 2025 14:37

UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edilib

Buzlaqların, qarın və buzun iqlim sistemində və hidroloji tsikildə kritik rolunu, habelə iqtisadi, sosial və ekoloji vəziyyət haqqında qlobal məlumatlılığı artırmaq məqsədilə BMT-nin elm, təhsil və mədəniyyət sahəsində ixtisaslaşmış təşkilatı olan UNESCO və Ümumdünya Meteorologiya Təşkilatı (ÜMT) tərəfindən 2025-ci il Beynəlxalq Buzlaqların Mühafizəsi İli elan edilib.

Buzlaqlar landşaftları və dünyanı formalaşdıran əsas ünsürdür. Onlar iqlim dəyişikliyinin göstəricisi kimi vacibdir, çünki buzlaqlardakı fiziki dəyişikliklər - istər böyüməsi, istərsə də kiçilməsi, irəliləməsi və ya geri çəkilməsi temperatur və yağıntılarda dəyişikliklərin əyani sübutudur. Buzlaqlar qar yağması zamanı toplaya bildiklərindən daha çox buz itirərsə, okean və dənizlərə daha çox su axması nəticəsində dəniz səviyyəsinin qalxmasına səbəb ola bilər. Onlar iqlim dəyişikliyinin həssas göstəriciləridir və hazırda sürətlə geri çəkilir.

Bu barədə “Caspian Energy Media” Ekologiya və Təbii Sərvətlər nazirliyinə istinadən xəbər verir.

 

Read 22 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ