Пятница, 21 Февраль 2025 11:49

Mikayıl Cabbarov İsrailin Maliyyə Naziri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin Maliyyə Nazirliyində nazir, Azərbaycan-İsrail Birgə Hökumətlərarası Komissiyasının həmsədri Zeyev Elkin ilə görüşüb.

Videokonfrans formatında keçirilən görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb. İsraillə həyata keçirilən investisiya layihələrinin hazırkı vəziyyəti, eləcə də müzakirə mərhələsində olan layihələr barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, ticarət, investisiya, innovasiyalar, rəqəmsal inkişaf, ətraf mühit  və digər sahələr üzrə tərəfdaşlığın genişləndiilməsi, birgə layihələrin həyata keçirilməsi üçün münbit zəmin var.

Tərəflər qarşılıqlı iqtisadi münasibətlərin perspektivləri, həmçinin Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi haqqında müzakirələr aparıblar.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

 

Read 21 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ