Azərbaycan sərbəst güləşçisi Arseniy Djioyev Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatında qızıl medal qazanıb.
“Caspian Energy Media” xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda fransalı Raxim Maqamadova 9:2 hesabı ilə qalib gələrək çempion olub.