ASCO-nun İdarə Heyətinin sədri Rauf Vəliyev Azərbaycanda səfərdə olan Özbəkistanın Nəqliyyat Nazirliyi yanında Nəqliyyat və Logistikanın İnkişafının Öyrənilməsi Mərkəzinin direktoru Bekzod Xolmatovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Özbəkistan Nəqliyyat Nazirliyinin və Özbəkistan Dəmir Yollarının əməkdaşlarından ibarət nümayəndə heyətinə nəqliyyat və logistika sahəsində ölkəmizdə həyata keçirilən mühüm tədbirlər, eləcə də ASCO-nun fəaliyyəti barədə ətraflı məlumat verilib.
Görüşdə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) əhəmiyyətindən və aktuallığından danışılıb. Bu dəhlizin inkişafı çərçivəsində Xəzər dənizində Özbəkistan-Azərbaycan nəqliyyat əlaqələrinin genişləndirilməsi, o cümlədən Xəzərdə bərə daşımaları seqmentində yeni çağırışlara dair müzakirələr aparılıb.
Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.