Пятница, 14 Март 2025 12:44

Alparslan Bayraktar Misirli həmkarı ilə təbii qaz sahəsində əməkdaşlığı müzakirə edib

Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar ABŞ-a səfəri zamanı Misirin Neft və Mineral Sərvətlər Naziri Karim Bedevi ilə görüşüb. “Caspian Energy Media”nın məlumatına görə, bu barədə Bayraktar X sosial şəbəkəsində paylaşım edib.

Nazir bildirib ki, görüş zamanı Misirlə təbii qaz və mədən sənayesi sahələrində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

“Biz iki ölkə arasında təbii qaz və mədən sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə etdik. Təbii qaz sahəsində əməkdaşlığımızı daha konkret etmək barədə razılığa gəldik,” – nazir qeyd edib.

Read 2 times Last modified on Пятница, 14 Март 2025 12:46

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ