Суббота, 05 Апрель 2025 11:58

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar

Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində davam edən gənclər arasında Avropa Kubokunun ilk günündə 2 qızıl və 2 bürünc medal qazanıblar.

"Caspian Energy Media" xəbər verir ki, Fərid Qarayev (60 kq) və Məhəmməd Musayev (66 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsüsünün ən yüksək pilləsinə qalxıblar.

Nihad Məmişov (60 kq) və Əbil Yusubov (73 kq) isə bürünc medala sahib çıxıblar.

Read 14 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ