Пятница, 18 Апрель 2025 19:08

Azərbaycan və Albaniya maliyyə sektorunda təhlükəsizliyi müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Albaniya Mərkəzi Bankı arasında maliyyə sektorunda təhlükəsizlik müzakirə edilib.

Qrumun nümayəndə heyəti Albaniya Mərkəzi Bankına işgüzar səfər edib. Səfər zamanı keçirilmiş görüşlərdə tənzimləmə yanaşmaları, rezolyusiya rejimlərinin səmərəliliyinin artırılması, həmçinin maliyyə təhlükəsizliyi şəbəkəsi iştirakçıları arasında vəzifə və öhdəliklərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.

Bu görüşlər hüquqi və tənzimləyici çərçivələrin inkişafı, rezolyusiya proseslərinin planlanması, eləcə də rezolyusiya alətlərinin hazırlanması və səmərəli tətbiqi üzrə bilik və təcrübəsi mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib. Bu barədə “Caspian Energy Media” Mərkəzi Banka istinadən xəbər verir.

Read 22 times Last modified on Понедельник, 21 Апрель 2025 10:11

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ