Четверг, 24 Апрель 2025 10:20

Bakıda Kosmik Texnologiyalar Konfransı keçirilir

Bakıda Kosmik Texnologiyalar Konfransı – “Space Technology Conference” (STC2025) keçirilir.

"Caspian Energy Media" xəbər verir ki, “Azərkosmos”un təşkilatçılığı ilə keçirilən konfransda “Dayanıqlı regional inkişaf üçün Yerin məsafədən müşahidəsi”, “Mərkəzi Avrasiyada peyk rabitəsinin rolu”, “Kosmik sənayedə innovasiya və investisiyalar”, “Kiçikölçülü peyklər”, “Dayanıqlı inkişaf üçün beynəlxalq kosmik fəaliyyətlərin koordinasiyası”, “Regional çağırışlar üçün peyk texnologiyalarının rolu” kimi məsələlər müzakirə olunacaq.

İkigünlük tədbirə 35 ölkədən 112 təşkilatı təmsil edən 400-dən çox iştirakçı qatılıb. Konfransa Yaxın Şərq, Avropa, Asiya, Şimali və Cənubi Amerika, eləcə də Afrikadan nümayəndələr qatılıb.

 

Read 18 times Last modified on Четверг, 24 Апрель 2025 11:22

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ