Пятница, 09 Май 2025 10:23

Azərbaycan və Danimarka arasında işgüzar əməkdaşlıq imkanları müzakirə edilib

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen ilə görüş keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. Azərbaycanın bərpa olunan enerji sahəsinə investisiyaların artması, bu və qeyri-neft sektorunun digər sahələrində Danimarka şirkətləri ilə əməkdaşlıq imkanlarının mövcud olduğu qeyd olunub.

Danimarkanın İxrac və İnvestisiya Fondunun maliyyə direktoru Kare Stamer Andreasen təmsil etdiyi qurumun Azərbaycan şirkətlərinə təklif edə biləcəyi maliyyə həlləri və dövlət qurumları ilə əməkdaşlıq imkanları barəsində danışıb. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir. 

Read 11 times Last modified on Понедельник, 12 Май 2025 10:25

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ