Среда, 21 Май 2025 16:37

ADY nümayəndələri “Çin–Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər

21 may tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak edib. 

Çin Xalq Respublikasının Sian şəhərində keçirilən tədbirin mövzusu “Kəmər və Yol Təşəbbüsü” layihəsinin birgə icrası və “China–Europe Express” iqtisadi halqasının yaradılması olub.

Forumda “China–Europe Express” dəhlizinin üstünlüklərindən tam istifadə etmək, bu istiqamətdə yük daşımalarını təşviq etmək, beynəlxalq ticarət üçün yüksək səmərəli, sərfəli və keyfiyyətli quru yol əlaqəsini qurmaq, müasir beynəlxalq logistika sisteminin tikintisini sürətləndirmək kimi məsələlərə toxunulub. Qeyd edilib ki, “China–Europe Express” “Kəmər və Yol Təşəbbüsü”nün əsas hissəsidir və Çinlə Avropa ölkələri arasında yük daşımalarını inkişaf etdirmək məqsədi daşıyır.

Forumun sonunda “Çin–Avropa Dəmiryol Ekspresi” konsolidasiya mərkəzinin tikintisi üzrə əməkdaşlıq təşəbbüsü” sənədi imzalanıb.

Sənəd infrastruktur üzrə əməkdaşlığın gücləndirilməsi, nəqliyyatın təşkilinin optimallaşdırılması və xidmətin təkmilləşdirilməsi, ağıllı logistika mərkəzinin yaradılması, dəmiryol marşrutları üzrə nəqliyyat xərclərinin səmərələşdirilməsi məsələlərini əhatə edir. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

Read 5 times Last modified on Пятница, 23 Май 2025 12:44

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ