Среда, 28 Май 2025 09:53

Azərbaycanla Çin arasında “ağıllı” şəhər konsepsiyalarına dair əməkdaşlıq müzakirə edilib

Anar Quliyev Çin Xalq Respublikasının Mənzil və şəhər-kənd inkişafı nazirinin müavini cənab Jianquo Donq ilə görüşüb.

Görüş zamanı dayanıqlı şəhərsalma, “ağıllı” şəhər konsepsiyaları və ekoloji cəhətdən təmiz şəhərlərə dair əməkdaşlıq imkanları müzakirə edilib. Həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Çinə son rəsmi səfərinin ikitərəfli münasibətlərin möhkəmlənməsi, davamlı şəhər inkişafı sahəsində sıx əməkdaşlıq və təcrübə mübadiləsi üçün yeni imkanların yaradılmasına verdiyi töhfə xüsusi vurğulanıb.

Eyni zamanda Komitə sədri çinli həmkarlarını bu ilin oktyabrında keçiriləcək 3-cü Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) və 2026-cı ildə baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) fəal iştiraka dəvət edib.

Bu barədə “Caspian Energy Media” Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

 

 

Read 6 times Last modified on Четверг, 29 Май 2025 10:00

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ