Пятница, 30 Май 2025 10:50

Azərbaycan BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasına üzv seçildi

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının 30 may tarixində Keniyanın paytaxtı Nayrobi şəhərində keçirilmiş növbəti sessiyası çərçivəsində Azərbaycan Respublikası ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.

UN-Habitat İcraiyyə Şurası Proqramın sessiyalararası fəaliyyət göstərən əsas qərarverici orqanıdır. Şurada 36 ölkə təmsil olunur. Qeyd edilən nüfuzlu BMT strukturuna üzvlüyümüz 2025-2029-cu illəri əhatə edəcəkdir.

Dayanıqlı şəhərsalma və insan məskənləri sahəsində ixtisaslaşmış UN-Habitat və Azərbaycan arasında əməkdaşlıq son illərdə dinamik inkişaf edir. Bunun bariz nümunəsi 2023-cü ildə UN-Habitatın Ümumdünya Məskunlaşma Gününün (WHD23) Azərbaycanda keçirilməsi olub. Bununla yanaşı, Azərbaycan 17-22 may 2026-cı il tarixlərində qlobal əhəmiyyətli BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edəcəkdir.

Bu barədə “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

 

Read 11 times Last modified on Пятница, 30 Май 2025 10:53

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ