İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf 30-cu Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrellə görüşüblər.
bp-nin Azərbaycanın enerji sektorundakı uzunmüddətli fəaliyyəti, həmçinin bərpaolunan enerji layihələrində iştirakı vurğulanıb. Şirkətin Azərbaycanda həyata keçirdiyi cari əməliyyatlar, potensial layihələr barədə məlumat verilib.
Görüşdə bp-nin Azərbaycanda həyata keçirdiyi birgə layihələrdə səmərəliliyin artırılması müzakirə edilib. İnnovativ texnologiyaların və rəqəmsal həllərin tətbiqi imkanları və bu sahədə təcrübə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.