Azərkosmos İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən keçirilən beynəlxalq qrant müsabiqəsində qalib seçilib.
Tibb və astrofizikanın birləşməsi nəticəsində Azərkosmos kosmik tibb üzrə elmi-praktiki təlimdə sıfır cazibə-güvvəsi çəkisi altında tibb və tibbi təcrübənin öyrənilməsi üzrə nəzəri və praktiki kurs təqdim edib. Qeyd edək ki, müasir elm kosmik tibbi yalnız cazibə-güvvəsi şəraitində öyrənilir. Azərkosmos bu sahədə həyata keçirdiyi innovasiyalara görə Ərəb Körfəz Universiteti və İCESCO tərəfindən fəxri mükafatla təltif olunub.
Təlimdə mövzular arasında həmçinin peyk texnologiyaları və qabaqcıl həllər, kosmik tibb, mikroqravitasiya və qravitasiya, kosmosda cərrahiyə, əzələ və sümük toxumasının tənzimlənməsi, qan dövranı və digər tibbi aspektlər yer alıb. Bu barədə "Caspian Energy Media" "Azərkosmos"a istinadən xəbər verir.