Вторник, 03 Июнь 2025 10:27

Macarıstanla iqtisadi əməkdaşlıq məsələləri barədə müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanın xarici iqtisadi əməkdaşlığın inkişafına dair xüsusi tapşırıqlar üzrə səfiri, “4iG Space and Defence Technologies Plc.” şirkətinin sədri Gellert Yasai ilə görüşüb.

Azərbaycan-Macarıstan iqtisadi-ticarət əlaqələrinin uğurlu inkişafı, xüsusilə energetika sahəsində mövcud əlaqələr vurğulanıb. Qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb, gələcək tərəfdaşlıq perspektivləri müzakirə edilib.

Görüşdə Azərbaycanın əlverişli biznes mühiti qeyd edilib. “4iG Space and Defence Technologies Plc.” şirkətinin ölkəmizin inkişaf edən ekosistemində investisiya yatırmaqda maraqlı olduğu bildirilib.

Tərəflər ticarət və investisiya, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsi, sənaye zonalarında birgə müəssisələrin yaradılması və texnologiya transferi imkanları ətrafında fikir mübadiləsi aparıb. 

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 3 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ