AZCON Holding-in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədrinin müavini Nicat Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Çin Xalq Respublikasının Lianyunqanq şəhərinin Kommersiya Bürosunun və “Liyanyunqanq İqtisadi və Texnoloji İnkişafı Zonası”nın İşçi Komitəsinin nümayəndələri ilə görüşüb.
Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücünə malik olduğu vurğulanıb.
Tərəflər həmçinin Azərbaycan və Ciansu əyaləti arasında əməkdaşlığı gücləndirmək, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu təşviq etmək məqsədilə görülə biləcək işləri müzakirə edib. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.