Четверг, 12 Июнь 2025 10:08

Vyanada Azərbaycan və Avstriya arasında Hökumətlərarası Komissiyanın 11-ci iclası keçirilib

Vyanada Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclası keçirilib.

İclasda Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ölkəmizin ötənilki makroiqtisadi göstəriciləri və iki ölkə arasında ticarət dövriyyəsinin həcmi barədə məlumat verib.

İclas zamanı qarşılıqlı investisiyalar, sənaye, ticarət, kənd təsərrüfatı, energetika, nəqliyyat, rəqəmsal inkişaf və İKT, səhiyyə, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 11-ci iclasının Protokolu imzalanıb. Bu barədə “Caspian Energy Media” Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 29 times Last modified on Четверг, 12 Июнь 2025 10:23

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ