Super User
Будет организован очередной CEO Breakfast
9 августа при организации «Caspian Energy Club» будет проведен CEO Breakfast. Об этом сообщил председатель и главный исполнительный директор группы Caspian Energy Club Тельман Алиев.
Данные встречи, которые проходят в формате завтрака, собирают более 80 представителей компаний, представляющих различные отрасли экономики. Компании, принимая участие в B2B-встречах, получают обширную возможность для эффективного сотрудничества и последующего укрепления networking связей.
Bu gün “Qarabağ” “Ludaqorets”lə qarşılaşacaq
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Bakıda Bolqarıstanın “Ludoqorets” kollektivini qəbul edəcək.
Caspian Energy Media AFFA-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Bu barədə Caspian Energy Media Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan və Qırğız Respublikasının nümayəndə heyəti arasında görüş keçirilib
Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan neftinin qiyməti azalıb
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,97 dollar və ya 1,2 faiz azalaraq 79,73 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şimali Makedoniya kömürdən yaşıl enerjiyə keçid istiqamətində irəliləyir
Şimali Makedoniya hakimiyyəti ölkənin əsas enerji mənbəyi olan kömürdən uzaqlaşmaq üçün “yaşıl gündəmə” doğru irəliləyir.
Caspian Energy Media “euronews”a istinadən xəbər verir ki, ölkənin əsas kömür elektrik stansiyalarından biri olan dövlətə məxsus Elektrani na Severna Makedonija (ESM) Şimali Makedoniyanın elektrik enerjisinə ehtiyacının üçdə ikisini təmin edir. Bu səbəbdən Şimali Makedoniyanın çoxsaylı şəhərləri xüsusilə qış aylarında Avropanın ən çirkli 10 şəhəri sırasındadır.
Avropaya inteqrasiya prosesinin yaşıl gündəliyi çərçivəsində üzərinə götürülmüş öhdəliklərə uyğun olaraq, ölkədə istilik elektrik stansiyalarından birinin 2032-ci ilə qədər bərpa olunan enerji mənbələrinə uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb.
Ötən həftə Şimali Makedoniya Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə imzalayıb. Bu saziş ölkənin enerji sahəsində yaşıl gündəliyə uyğun keçidini dəstəkləmək üçün 26,4 milyon avro verəcək.
SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulub
SOCAR qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, “Neft Qaz Metan Tərəfdaşlığı”na (“OGMP 2.0”) qoşulub.
Caspian Energy Media SOCAR-a istinadla xəbər verir ki, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.
Tacikistan Respublikası Prezidenti və Gürcüstan Prezidenti bir-birini təbrik edib
Bu gün Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon və Gürcüstan Prezidenti Salome Zurabişvili Tacikistan Respublikası ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar bir-birinə təbrik teleqramları göndəriblər.
Bu barədə Caspian Energy Media Tacikistan prezidentinin rəsmi saytına istinadən məlumat verir.
Səyahət xəbərdarlığı
İsrail Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İsrail Dövlətinə səfər etməmələri tövsiyə olunur.
Caspian Energy Media Xarici İşlər nazirliyinə istinadla xəbər verir ki, hal-hazırda İsrail Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni resident
“Xanbulaq” MMC-yə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Şirkət tərəfindən Sənaye Parkının 2,5 hektar ərazisində 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi nəzərdə tutulur.
Caspian Energy Media iqtisadiyyat nazirliyinə istinadən xəbər verir ki,investisiya dəyəri 7 milyon manat olan layihə çərçivəsində 60 nəfərin işlə təmin edilməsi planlaşdırılır.