Super User
В Бишкеке состоялось торжественное мероприятие по случаю 100-летия образования Кыргызской железной дороги
Президент Кыргызской Республики Садыр Жапаров сегодня, 1 августа, принял участие в торжественном мероприятии по случаю 100-летия образования Кыргызской железной дороги.
Мероприятие началось с показа фильма, посвященного истории и становлению Кыргызской железной дороги.
Об этом сообщает Caspian Energy Media со ссылкой на Официальный сайт Президента Республики Кыргызстан.
Gənc prokuror rəis müavini təyin edilib
Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini təyin edilib.
Caspian Energy Media Baş prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Selcan Familzadə Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Selcan Familzadə 2016-cı ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub. O, əvvəllər Ağsu rayon prokurorunun köməkçisi və Baş Prokurorluğun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində işləyib.
“Bank of Baku”ya yeni təyinatlar olub
“Bank of Baku”nun rəhbərliyinə yeni təyinatlar olub.
Caspian Energy Media “APA”ya istinadən xəbər verir ki, Quliyev Rasim Mithət oğlu, Əliyev Mayis Nəbi oğlu və Nurməmmədov Elkin Abdul Qəni oğlu bankın Müşahidə Şurasının yeni üzvləri seçilib. Bununla da, “Bank of Baku”nun Müşahidə Şurasının tərkibi 8 nəfərdən ibarət olub.
Xatırladaq ki, “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
Dünya birjalarında neft bahalaşıb
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,09 dollar artaraq 80,72 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,69 dollar artaraq 78,6 dollar təşkil edib.
Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək
3 avqust 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) TOEFL iBT imtahanı keçiriləcək.
Caspian Energy Media DİM-ə istinadla xəbər verir ki,iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.
İmtahan saat 09:00-da başlanır.
TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.
Çempionlar Liqası: "Qarabağ"ın ikinci rəqibi müəyyənləşib
"Qarabağ"ın Çempionlar Liqasının 2024/25 mövsümündəki ikinci rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Lüdoqorets”lə qarşılaşacaq.
Caspian Energy Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”la “Lüdoqorets” arasında ilk oyun avqustun 6-da Bakıda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Ayın 13-də Bolqarıstanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul elan edilir
Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2024-cü il avqustun 1-dən 8-dək ixtisaslaşma seçimi elan edir.
Caspian Energy Media xəbər verir ki, bu barədə DİM-in rəsmi səhifəsində paylaşım edilib.
Belə ki, boş qalan plan yerlərinə qəbul 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.
“Paris-2024”: Azərbaycanın dünya çempionu mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.
Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek Oralbay olacaq.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Ötən gün ABŞ seçməsini məğlub edərək qrupda ilk qələbəsini qazanan komandamız əvvəlcə Fransanı, ardınca isə Almaniyanı sınağa çəkəcək.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,25 dollar və ya 2,75 faiz artaraq 84,02 dollar olub.
Азербайджанский альпинист покорил 13-ю вершину мира
Азербайджанский альпинист Исрафил Ашурлы успешно покорил вершину Гашербурум II (8035 метров), несмотря на плохие погодные условия.
Как сообщает Caspian Energy Media со ссылкой на Министерство молодежи и спорта, спортсмен при восхождении на гору не использовал баллон с искусственным кислородом.
Эта вершина, расположенная в горном массиве Каракорум, является 13-й по высоте в мире. Это покорение стало восьмой 8-тысячной вершиной И.Ашурлы.
Ранее, 10 июля наш альпинист поднялся на самую высокую вершину Западных Гималаев Нанга Парбат в Пакистане, без использования искусственного кислорода.