Super User

Super User

25 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə VNG şirkəti arasında təbii qaz və bərpa olunan enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, sənəd təbii qazın təchizatı imkanlarının araşdırılması və qaz infrastrukturundan istifadə üzrə təcrübə mübadiləsini nəzərdə tutur. Memoranduma əsasən, tərəflər həmçinin bərpa olunan enerji və karbonsuzlaşdırılmış qazlara keçidi nəzərdə tutan layihələr üzrə əməkdaşlıq imkanlarını araşdıracaqlar.

Daha ətraflı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersonu qəbul edib.

Bu barədə Caspian Energy Media president.az-a istinadən xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakavanı qəbul edib.

Bu barədə Caspian Energy Media president.az-a istinadən xəbər verir.

Cümə axşamı, 27 İyun 2024 11:45

Dünya birjalarında neft ucuzlaşıb

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,09 dollar azalaraq 85,16 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,11 dollar azalaraq 80,79 dollar təşkil edib.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL beynəlxalq “Skytrax World Airline Awards 2024” mükafatının “Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında növbəti dəfə qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib.

“Skytrax” agentliyinin mükafat mərasimi iyunun 24-də Londonda keçirilən təntənəli tədbir çərçivəsində baş tutub.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti həmçinin “Skytrax”ın “4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin göydə və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini qiymətləndirən müstəqil auditin nəticələrinə əsasən formalaşıb.

Daha ətraflı

Bakıda keçirilən Rusiya Mədəniyyəti Günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında qonşu ölkədən gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın isə vokal üzrə ustad dərsləri təşkil olunub. Ustad dərsində incəsənət sahəsi və aktyorluq üzrə təhsil alan tələbələr iştirak ediblər.

Caspian Energy Media mədəniyyət nazirliyinə istinadən xəbər verir ki, qonaqlar Rusiya teatrlarında tətbiq olunan yeni yanaşmalardan bəhs edib, tələbələrin suallarını cavablandırıblar.

Daha ətraflı

Cümə axşamı, 27 İyun 2024 11:03

Heyvanları günvurmadan necə qorumalı?

Yay mövsümü ilə əlaqədar olaraq kənd təsərrüfatı heyvanları arasında günvurma hallarına daha çox rast gəlinir. Belə hallarda heyvanların məhsuldarlığı 25-30 % aşağı düşür. Bu barədə Caspian Energy Media Aqrar Xidmətlər Agentliyinə istinadən xəbər verir.

Əlamətləri: əvvəlcə heyvanda ümumi zəiflik, oyanma, tənəffüsün tezləşməsi, tərləmə, əzələ tonusunun aşağı düşməsi, yeriyərkən büdrəmək kimi əlamətlər görünür, bəzən bədənin ümumi temperaturu yüksəlir. Proses ağır formada olduqda heyvan huşunu itirərək yıxılır, bəbəkləri genəlir, reflekslər kəskin surətdə zəifləyir.

Profilaktik tədbirlər: Çox günəşli, isti və bürkülü günlərdə heyvanları günvurmadan qorumaq üçün qaya kölgəsi, axar çay sahili, küləkdöyən və ya meşəlik ərazilərdə saxlamaq məqbul hesab edilir. Kölgəlik olmayan yerlərdə süni kölgəliklər (çardaqlar) yaradılmalıdır. Qoyunlar vaxtında qırxılmalı, heyvan sahibləri və fermerlər yay dövründə daha diqqətli olmalıdırlar.

Daha ətraflı

İyunun 25-də “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən səsə qoyularaq bəyənilib.

Caspian Energy Media maliyyə nazirliyinə istinadən xəbər verir ki, qəbul edilmiş qanuna əsasən, dövlət və icmal büdcənin əsas göstəriciləri aşağıdakı kimidir:

2024-cü il dövlət büdcəsinin gəlirləri 36 388,0 mln.manat, xərcləri 39 742,3 mln.manat, kəsiri isə 3 354,3 mln.manat nəzərdə tutulur.

2024-cü il icmal büdcənin gəlirləri 43 515,0 mln.manat, xərcləri 45 626,8 mln.manat, kəsiri isə 2 111,8 mln.manat nəzərdə tutulur.

Cümə axşamı, 27 İyun 2024 10:19

Çaylarda faktiki vəziyyət

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 22:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qudiyalçayda suyun səviyyəsi 10, Vəlvələçayda 7, Kiçik Qafqazın ərazisindən axan Şəmkirçayda 7, Lənkəran -Astara bölgəsi ərazisindən axan Lənkərançayda 47, Viləşçayda 33, Təngərüdçayda isə 2 sm artıb.

Caspian Energy Media ekologiya nazirliyinə istinadən xəbər verir ki, Oğuz rayonu ərazisindən axan Əyriçaydan, İsmayıllı rayonu ərazisindən axan Girdimançaydan və Qobustan rayonu ərazisindən axan Pirsaatçaydan sel keçir.

İyun ayının 25-də energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov Almaniyanın Xarici İşlər Nazirliyinin "H2-diplo - Dekarbonizasiya Diplomatiyası" təşəbbüsü çərçivəsində GIZ tərəfindən təşkil edilmiş tədbirdə açılış nitqi ilə çıxış edib.

Caspian Energy Media energetika nazirliyinə istinadən xəbər verir ki, çıxış zamanı COP29-un ev sahibi kimi Azərbaycanın strateji planları və təşəbbüsləri, enerji günündə həyata keçirilməsi planlanan tədbirlər haqqında məlumat verib. Azərbaycanda bu sahədə beynəlxalq tərəfdaşlarla görülən işlərdən bəhs edilib və Xəzər-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində sadəcə yaşıl elektronların deyil, eyni zamanda yaşıl hidrogenin ixrac imkanlarının araşdırıldığı vurğulanıb.

Daha ətraflı