Super User

Super User

Caspian Energy Media APA-ya istinadən xəbər verir ki, FS 2025-ci ildə Azərbaycanda iqtisadi artım proqnozunu 3,3%-dən 2,8%-ə endirib, 2026-cı il üzrə 3,2%, 2027-ci il üzrə isə 3,1% iqtisadi artım müəyyən edib.

"Fitch Solutions” 2024-cü il üzrə nominal ümumdaxili məhsulun (ÜDM) 98,7 mlrd. dollara, 2025-ci ildə isə 107,7 mlrd. dollara, 2026-cı ildə 117,6 mlrd. dollara, 2027-ci ildə isə 128 mlrd. dollara çatacağını proqnozlaşdırıb.

Çərşənbə, 29 May 2024 10:34

Dünya birjalarında neft bahalaşıb

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,19 dollar artaraq 84,41 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,28 dollar artaraq 80,11 dollar təşkil edib.

Çərşənbə, 29 May 2024 10:59

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,59 dollar və ya 3,1 faiz artaraq 85,05 dollar olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov və Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat verdilər.

Daha ətraflı: https://president.az/az/articles/view/66086

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər.

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əvvəlcə sakinlərlə söhbət etdilər. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva sakinlərlə birlikdə Xocalı şəhərini gəzdilər, görülən işlərlə tanış oldular.

Daha ətraflı: https://president.az/az/articles/view/66091

 

Caspian Energy Media president.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da “CVC Capital Partners” şirkətinin həmtəsisçisi və sədri Rolli Van Rappardı qəbul edib.

AvtomatikaAz MMC 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərdə iştirak edir. Bu barədə AvtomatikaAz MMC şirkətinin təsisçisi və direktoru Xalid Səmədov bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək AvtomatikaAz MMC şirkətinin təsisçisi və direktoru Xalid Səmədov Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, yeni ticarət əlaqələrinin qurulması, şirkətin təqdm etdiyi proqram təminatlarının Avropa bazarına çıxış imkanlarının yaradılması, habelə Avropa şirkətlərinin təcrübələrindən istifadə edilməsi planlaşdırılır.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Axiom 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərdə iştirak edir. Bu barədə Axiom şirkətinin direktoru  Ceyhun Fərəcov bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək Axiom şirkətinin direktoru  Ceyhun Fərəcov Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. O, informasiya texnologiyaları sahəsində yeniliklərin və Azərbaycan bazarında xarici texnologiyaların tətbiqinə, eləcə də əməkdaşlıq imkanlarının əldə olunmasına inamını ifadə edib.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

AvtomatikaAz MMC və Latviyanın Goldingen.Tech şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Avtomatika.az MMC-nin təsisçisi və direktoru Xalid Səmədov  bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

AvtomatikaAz MMC 2019-cu ildən Azərbaycan Respublikasının daim inkişaf edən sənaye avtomatlaşdırma sənayesinin aparıcı şirkətlərindən biridir. Fəaliyyətinin əsas istiqaməti istehsal proseslərinin avtomatlaşdırılması, sənaye avadanlıqlarının istehsalı, eləcə də onun üçün ehtiyat hissələrinin satışıdır. İnşaat, kimya, tekstil və qida sənayesində fəaliyyət göstərən şirkət tam yerli və milli PLC, SCADA, eləcə də bütün avtomatlaşdırma həllərini təklif edir.

Goldingen.Tech şirkəti ABŞ, Kanada, İslandiya, Finlandiya, Norveç, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Rusiya, Yaxın Şərq və Afrika (MENA), Cənubi Koreya və digər ölkələri əhatə edən qlobal müştərilərə uğurlu layihələr təqdim etmək üzrə güclü təcrübəyə malikdir. Geniş təcrübə şirkətə dünya miqyasında yerləşən müxtəlif layihələrə unikal perspektiv bəxş edir. Goldingen.Tech-in təcrübəli mühəndis və dizayner komandası istənilən layihənin öhdəsindən inamla gələ bilər.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Axiom və Sunstar Group şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Axiom və Latviyanın Sunstar Group şirkətinin nümayəndə heyətləri arasında görüş keçirilib. Bu barədə Axiom-un direktoru Ceyhun Fərəcov bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Latviyanın paytaxtı Riqa şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin  genişlənməsi olub.

Axiom MMC avtomobil izləmə və avto parkın idarə olunması sahəsində ixtisaslaşmışdır. 2012-ci ildən etibarən Türkiyənin tanınmış nəqliyyat izləmə firması olan Mobiliz ilə əməkdaşlıq yaradaraq, avto parka sahib olan şirkətlərə təhlükəsizliyin, məhsuldarlığın və qənaətliliyin artırılması üçün həllər təqdim edir. Şirkətin məqsədi avtoparka sahib olan şirkətlərin həmin avtoparkları daha təhlükəsiz, məhsuldar, və qənaətli idarə edə bilməsi üçün lazım olan həllərə əl çatanlığını asanlaşdırmaqdır.

Sunstar Group İş Sağlamlığı və Təhlükəsizliyi modelini və iş mühitinin inkişaf strategiyasını həyata keçirən şirkətdir. Sunstar Group-un əsas məqsədi insanlara və onların rifahına yönələn əməyin mühafizəsi proseslərinin idarə edilməsini dəyişdirmək və eyni zamanda qaydalara riayət etməkdir.

Qeyd edək ki, bu görüşlərin LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.