
Super User
“Azəri-Çıraq-Günəşli”nin builki gəlirləri açıqlanıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin yeddi ayı ərzində “Azəri-Çıraq-Günəşli” (AÇG) yataq bloku üzrə gəlirləri açıqlayıb.
Caspian Energy Media Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadla xəbər verir ki, AÇG yatağından 2024-cü ilin əvvəlindən avqustun 1-i tarixinə 3 milyard 607,7 milyon dollar gəlir əldə olunub.
Qeyd edək ki, ötən ilin müvafiq dövründə AÇG yatağından 4 milyard 158 milyon dollar gəlir əldə edilmişdi.
Azərbaycan şirkəti Özbəkistanda 29,3 milyon dollarlıq tenderdə qalib olub
Özbəkistan Respublikasının “Amudarya rayonunun su sistemlərinin yenidənqurulması” layihəsi üzrə Asia İnkişaf Bankı tərəfindən keçirilən tenderin qalibi elan olunmuşdur.
“Caspian Energy Media” “Marja”ya istinadən xəbər verir ki,bir neçə beynəlxalq və yerli şirkətlərin - “China Civil Engineering Construction Corporation”, “China National Aero Technology İnternational Engineering Corporation”, “Hisorakgidro Qurilish LLC”, “JV Rakurs Sevice LLC” və “Esco Group”, “Stecol Corporation” və “Yangi Avlod Qurilish” - iştirak etdiyi tenderdə Azərbaycan şirkəti “ArchiCO Engineering Company” qalib elan olunmuşdur.
“ArchiCO Engineering Company” Azərbaycanda da su və kanalizasiya infrastrukturunun tikintisində böyük təcrübəyə malikdir. Şamaxı, Ağdaş, Qəbələ, Samux şəhərlərinin, Abşeron ərazisində bir çox yaşayış məntəqələrinin su və kanalizasiya sistemlərinin yenidənqurulması işlərini həyata keçirən şirkət qazandığı təcrübədən beynəlxalq layihələrdədə uğurla istifadə etməyi qarşısına məqsəd qoymuşdur.
Növbəti CEO Breakfast təşkil olunacaq
9 avqust tarixində “Caspian Energy Club”ın təşkilatçılığı ilə CEO Breakfast keçiriləcək. Bu barədə “Caspian Energy Club”ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.
Səhər yeməyi formatında keçirilən bu görüşlər iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 80-dən çox şirkət nümayəndəsini bir araya toplanır. CEO Breakfast-a qatılan şirkətlər səmərəli işbirliyi üçün geniş imkanlar təqdim edən B2B görüşlərdə iştirak edib, networking bağlarını daha da möhkəmləndirmək üçün imkanlar əldə edirlər.
Будет организован очередной CEO Breakfast
9 августа при организации «Caspian Energy Club» будет проведен CEO Breakfast. Об этом сообщил председатель и главный исполнительный директор группы Caspian Energy Club Тельман Алиев.
Данные встречи, которые проходят в формате завтрака, собирают более 80 представителей компаний, представляющих различные отрасли экономики. Компании, принимая участие в B2B-встречах, получают обширную возможность для эффективного сотрудничества и последующего укрепления networking связей.
Bu gün “Qarabağ” “Ludaqorets”lə qarşılaşacaq
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Komanda Bakıda Bolqarıstanın “Ludoqorets” kollektivini qəbul edəcək.
Caspian Energy Media AFFA-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Bu barədə Caspian Energy Media Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan və Qırğız Respublikasının nümayəndə heyəti arasında görüş keçirilib
Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan neftinin qiyməti azalıb
Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.
Caspian Energy Media AZƏRTAC-a istinadən xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,97 dollar və ya 1,2 faiz azalaraq 79,73 dollar olub.
Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Şimali Makedoniya kömürdən yaşıl enerjiyə keçid istiqamətində irəliləyir
Şimali Makedoniya hakimiyyəti ölkənin əsas enerji mənbəyi olan kömürdən uzaqlaşmaq üçün “yaşıl gündəmə” doğru irəliləyir.
Caspian Energy Media “euronews”a istinadən xəbər verir ki, ölkənin əsas kömür elektrik stansiyalarından biri olan dövlətə məxsus Elektrani na Severna Makedonija (ESM) Şimali Makedoniyanın elektrik enerjisinə ehtiyacının üçdə ikisini təmin edir. Bu səbəbdən Şimali Makedoniyanın çoxsaylı şəhərləri xüsusilə qış aylarında Avropanın ən çirkli 10 şəhəri sırasındadır.
Avropaya inteqrasiya prosesinin yaşıl gündəliyi çərçivəsində üzərinə götürülmüş öhdəliklərə uyğun olaraq, ölkədə istilik elektrik stansiyalarından birinin 2032-ci ilə qədər bərpa olunan enerji mənbələrinə uyğunlaşdırılması istiqamətində işlərə başlanılıb.
Ötən həftə Şimali Makedoniya Avropa Yenidənqurma və İnkişaf Bankı ilə müqavilə imzalayıb. Bu saziş ölkənin enerji sahəsində yaşıl gündəliyə uyğun keçidini dəstəkləmək üçün 26,4 milyon avro verəcək.
SOCAR “Neft Qaz Metan Tərəfdaşlığı”na qoşulub
SOCAR qlobal miqyasda metan emissiyalarının azaldılması sahəsində ciddi niyyətini və bu istiqamətdə elan etdiyi dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək, “Neft Qaz Metan Tərəfdaşlığı”na (“OGMP 2.0”) qoşulub.
Caspian Energy Media SOCAR-a istinadla xəbər verir ki, bu tərəfdaşlığa qoşulmaqla SOCAR qlobal enerji sektorunda ətraf mühitin qorunması istiqamətində ən yaxşı təcrübələrin qazanılması, tətbiq olunması, habelə metan emissiyalarına dair daha ətraflı və beynəlxalq standartların tələblərinə uyğun hesabatvermə imkanı əldə edib.