
Super User
Microsoft 14,4 milyon dollar cərimələnib
Amerika Birləşmiş Ştatlarında (ABŞ) fəaliyyət göstərən proqram təminatı şirkəti Microsoft, işçilərinin məzuniyyət hüquqları ilə bağlı ayrı-seçkilik etdiyinə dair iddialara görə bir müddətdir ki, çətin günlər yaşayır.
Caspian Energy Media “euronews”a istinadən xəbər verir ki, texnologiya nəhəngi cümə axşamı Kaliforniyada ABŞ Mülki Hüquqlar Departamenti ilə 14,4 milyon dollarlıq razılaşma əldə edib.
Müqavilə məhkəmə tərəfindən təsdiqlənərsə, uzun illər Mülki Hüquqlar Departamentinin apardığı araşdırma yekunlaşacaq.
Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib
Leyboristlər Partiyası ümumi seçkilərdə qalib gəlib və Böyük Britaniyanın növbəti hökumətini quracaq.
Caspian Energy Media “euronews”a istinadən xəbər verir ki, Ser Keir Starmer 326 yer qazanıb və ölkənin növbəti baş naziri olacaq.
Daimi baş nazir Rishi Sunak dedi: "Leyboristlər Partiyası bu ümumi seçkilərdə qalib gəldi və mən Ser Keir Starmerə zəng edərək qələbəsi münasibətilə təbrik etdim."
İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib.
İlham Əliyev Xankəndi Konqres Mərkəzinin təməlini qoyub
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.
İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışında iştirak edib
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.
İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xankəndi şəhərində Qarabağ Universitetində görülən işlərlə tanış olub.
Prezident İlham Əliyev Xocalı hava limanında olub
Caspian Energy Media “president.az”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Xocalı hava limanında olub.
4SİM İslam Dünyası üzrə Süni İntellekt Xartiyası regional seminarında təmsil olunub
İyulun 2 və 3-də Omanda İSESCO və Oman Texnologiya və Tətbiqi Elmlər Universiteti tərəfindən Asiya və Yaxın Şərq regionu üçün “İslam Dünyası üzrə Süni İntellekt Xartiyası” adlı vörkşop baş tutub.
4SİM-in süni intellekt layihələrinin rəhbəri Ruslan Zeynalzadə tədbirdə iştirak edib və qurum tərəfindən ölkədə həyata keçirilən layihələr barədə təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanda 4-cü sənaye inqilabı texnologiyalarının, xüsusilə də süni intellektin tətbiqi ilə bağlı fəaliyyətlər qeyd olunub.
Respublikada taxıl sahələrində biçin başa çatır
Taxıl sahələrində biçin prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyi taxıl biçininin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyunun 4-dək ölkə üzrə taxıl sahələrinin 62,8 faizində biçin başa çatıb. Mexanizatorlar tərəfindən 635 646 hektar sahədə biçin aparılıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 30844 hektar artıqdır.
Caspian Energy Media kənd təsərrüfatı nazirliyinə istinadən xəbər verir ki, sahələrdən 2 milyon tondan artıq məhsul yığılıb. Biçin prosesinin optimal müddətdə başa çatdırılması nəzərdə tutulur.
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
6-7 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Caspian Energy Media kənd təsərrüfatı nazirliyinə istinadən xəbər verir ki, müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada ümumilikdə 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.
“Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.