Cümə axşamı, 20 Fevral 2025 17:59

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri elan edilib

“Award Organizers Group” Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, xidmət və məhsul brendləri arasında 2024-cü ilin ən tanınan brendlərini müəyyən edən 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsini təşkil edib. Tədbir Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu, Azərbaycan Milli Biznes Assosiasiyası, “Caspian Energy Club”ın rəsmi dəstəyi ilə keçirilib. Bu barədə 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin təşkilatı komitəsinin sədri Günel Quliyeva bildirib.

Müsabiqə müstəqil platformada keçirilən geniş miqyaslı sorğu nəticəsində Azərbaycanın ən tanınan 50 brendini müəyyən edib. Tədbirdə Azərbaycanın aparıcı brendlərinin rəhbərləri, rəsmi tərəfdaşlar və partnyorlar iştirak ediblər. 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsi işgüzar mühitdə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin möhkəmləndirilməsi, biznes sahəsində gələcəkdəki perspektivlər, əməkdaşlıq və müştərək layihələrin həyata keçirilməsi üçün əvəzsiz imkanlar təqdim edib.

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibləri sırasında “Araz” supermarketlər şəbəkəsi, "OBA Market", "Veysəloğlu Distribusiya", "Ulduz” Şokolad Fabriki", "Azerçay", "Bizim Tarla", "Bizim Sufre", "Sun Paper", "Slavyanka", "Berqa", "Final", "Azərsüd", "Azərduz", "Aura", "Shokki Mokki", "Final Oil", "Atena", "Azpetrol", "Mərcan Toyuq", "PAŞA Həyat Sığorta", "Azərişıq” ASC, "Supersun", "Al Market", "Azəriqaz” İstehsalat Birliyi, "Lay-Lay", "Çörəkçi", "Ləzzət Qida Sənaye” MMC, "Bismak", "Vita1000", "Saville", "Möcüzə", "Sultan", "Nati", "Zeytun Bağları", Azərbaycan Dövlət İqtisad Universiteti, "MyShops", "SOCAR Green", Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, "MyGroup Holding", "Damla", "Bizim Süd", “Şəfa” futbol klubu, "166 Yükdaşıma və Logistika", "Azərşəkər", "Gazelli Group", AZƏRTAC - Azərbaycan Dövlət İnformasiya Agentliyi, "Bizim Duz", "Rəmzioğlu Paxlava", "Gazelli Skincare", “Ləzzət Broyler” MMC kimi brendlər yer alıb. Qaliblər müvafiq sertifikatlarla təltif olunub. 

“Brand Award Azerbaijan” milli müsabiqəsi yerli bazarda nailiyyət əldə etmiş brendlərin geniş auditoriya tərəfindən tanınmasına və onların beynəlxalq səviyyədə mövqeyini gücləndirməsinə imkan yaradır. Eyni zamanda, bu tədbir milli brendlərimizin qlobal bazarda rəqabət qabiliyyətini nümayiş etdirərək, beynəlxalq arenada tanınmaq və daha geniş auditoriyaya çatmaq potensialını ortaya qoyur. Milli müsabiqənin qalibi olan 50 tanınan ticarət markası “Brand Award International” müsabiqəsində iştirak hüququ qazanaraq, dünya miqyasında daha geniş tanınmaq fürsətini əldə edirlər.

"Award Organizers Group" “Caspian Energy Club” qrupuna daxil olan şirkətdir. "Award Organizers Group" dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “Media Award International”, “CEO Award”, “HR Award”, “CFO Award”, “PR Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

 “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

 

{gallery}erwsey{/gallery}

Read 24 times