Cümə axşamı, 01 May 2025 12:48

Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası təşkil olunub

“Biz islahatlara hazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası baş tutub. Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupu çərçivəsində təşkil olunub.

  “Biz islahatlara hazırıq” şüarı altında Milli Biznesin İnkişafı Forumunun ikinci xüsusi sessiyası baş tutub. Tədbir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, “Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupu çərçivəsində təşkil olunub.

  Forumda 150-dən çox iştirakçı bir araya gələrək ölkənin komunal infrastrukturunun inkişafı və təkmilləşdirilməsi mövzusunu müzakirə ediblər. Müzakikrələr əsnasında qaz, elektrik enerjisi və su təchizatı sahələrində mövcud çətinliklər, innovativ həllər və dövlət-özəl sektor əməkdaşlığı imkanları iştirakçıların diqqətinə çatdırılıb.

  Forumda dövlət qurumlarının nümayəndələri, o cümlədən "Azəriqaz" İB, "Azərişıq" ASC və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) rəhbər şəxsləri, eləcə də böyük, orta və kiçik şirkətlərin sahibkarları və rəhbərləri iştirak ediblər. Forumun əsas məqsədi dövlət və özəl sektorları arasında səmərəli dialoqu gücləndirmək, qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar yaratmaq, sahibkarlıq fəaliyyətində üzə çıxan çətinliklərin açıq müzakirəsini təmin etmək və bu problemlərin həll yollarını müəyyənləşdirmək olub.

  Forumun açılışında Milli Biznesin İnkişafı Forumunun Təşkilat Komitəsinin sədri Günel Quliyeva çıxış edərək iştirakçılara tədbir haqqında ətraflı məlumat təqdim edib. Daha sonra Telman Əliyevin və tədbirin beynəlxalq tərəfdaşlarından biri olan “Sensemi DMCC Dubai” şirkətinin Azərbaycan filialının inzibati məsələlər üzrə direktor müavini Məhəmmədrıza Farahaninin çıxışları dinlənilib.

  Forumun panel müzakirələrində “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov, “Azəriqaz “ İB-nin Baş direktorunun birinci müavini Nail Abdullayev və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müavini Cabbar Cabbarlı müasir çağırışlar, xidmət keyfiyyəti və özəl sektorla əməkdaşlıq imkanları müzakirə edibmüvafiq sahələr üzrə yenilikləri, cari vəziyyəti və gələcək perspektivləri iştirakçıların diqqətinə çatdırıblar.

  Sessiyanın ikinci hissəsi qapalı formatda davam edib. Bu mərhələdə keçirilən interaktiv sual-cavab sessiyası zamanı “Azərişıq” ASC, “Azəriqaz” İB və ADSEA nümayəndələri rəqəmsallaşma sahəsində atılan mühüm addımları forum iştirakçılarının diqqətinə çatdırıblar. Xüsusilə, tətbiq edilən müasir texnoloji həllər, vətəndaşlara və sahibkarlara göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində atılan mühüm addımlar və elektron xidmət platformalarında tətbiq edilən yeniliklər sahibkarlar tərəfindən yüksək qiymətləndirilib. Eyni zamanda, rəqəmsal platformalarda üzə çıxan bəzi texniki və prosedur məsələlər də iştirakçıların diqqətini cəlb edib və ətraflı müzakirəyə səbəb olub.Qapalı müzakirələr zamanı sahibkarların fərdi müraciətləri dinlənilib, problemlər üzrə təhlillər və konstruktiv müzakirələr aparılıb. Əldə olunan nəticələr əsasında bir sıra məsələlərin operativ həlli üçün təkliflər irəli sürülüb. Həmin məsələlərin daha ətraflı araşdırılması məqsədilə müvafiq dövlət qurumları ilə görüşlər təyin olunub.

  Tədbirin sonunda təqdimatçılara və iştirakçı dövlət qurumlarının nümayəndələrinə təşəkkürnamə sertifikatları təqdim olunub. Bununla yanaşı, bir sıra şirkət rəhbərlərinə “Caspian Energy Club”ın rəsmi üzvlük statusunu təsdiq edən sertifikatlar təqdim edilib. 

  Milli Biznesin İnkişafı Forumunun sonunda iştirakçılara “networking” üçün çay-kofe mərasimi təşkil edilib. Bu hissədə forumda iştirak edən özəl sektor nümayəndələri fəxri qonaqlarla qeyri- rəsmi şəraitdə səmimi müzakirələr apararaq əməkdaşlıq perspektivlərini müəyyən edib, həmçinin fəaliyyətlərini asanlaşdıra bilən təklifləri dövlət rəsmilərinin diqqətinə çatdırıb və bu təkilfləri birlikdə dəyərləndiriblər.

 

“Caspian Energy Club” haqqında qısa məlumat

  2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır.

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədilərinən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. “Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət qöstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

  “Caspian Energy Club International” tərəfindən idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda, Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işqüzar platformadır.

  2004-cü ildən fəaliyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum” və iqtisadiyyatın fərqliistiqamətlərini əhatə edən beynəlxaq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edən beynəlxalq şirkətidir.

  “Caspian Energy International Media Group” 1999-cu ildən fəaliyyət göstərir və “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkəsində əlavə çap olunur.

  2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”,“Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

  1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və ictimai rəy araşdırmaları keçirən, transmilli, regional dövlət və nəhəng özəl holdinglər üçün geniş miqyaslı konsaltinq xidmətlərini göstərən investisiya-konsaltinq şirkətidir. 

 1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” fərqli ölkələrdə “Caspian Energy CUP” çərçivəsində idman yarışmaları, intelektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

{gallery}dfbh{/gallery}

Read 17 times Last modified on Cümə axşamı, 01 May 2025 13:01