Çərşənbə axşamı, 01 Aprel 2025 12:10

“Caspian Energy Club”ın təşəbbüsü ilə qanunvericilikdə mühüm dəyişikliklər olub

 “Caspian Energy Club” Azərbaycan Respublikasının Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın bütün işçi qrup və altqrupların fəaliyyətində aktiv iştirak etməyə davam edir. 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə bir sıra qanunvericilik aktlarına, qərar və qaydalara dəyişikliklər edilməsi məqsədilə müzakirələrə başlanılıb. Aparılan müzakirələr nəticəsində Nazirlər Kabinetinin 24 fevral 2025-ci il tarixli qərarı ilə “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilib.

"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev tərəfindən verilən məlumata əsasən, dəyişikliklər, xüsusilə vergi ödəyicilərinin əməliyyatlarını daha sürətli və rahat həyata keçirməsinə imkan yaradacaq.

 Yeni təkliflərdən biri, ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair məlumatların xəzinədarlığa təqdim edilməsi vaxtının dəyişdirilməsi olub. Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11.30 dək olan ödənişlərin həmin gün DXA-ya təqdim olunması nəzərdə tutulurdu.

Dəyişiklərə əsasən, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.

“Biz hökumətə bu təşəbbüslərə müsbət yanaşdıqları və sahibkarlar tərəfindən irəli sürülən təkliflərə açıq olduqlarına görə dərin təşəkkürümüzü bildiririk. Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın işçi qruplarının iclaslarında həyata keçirilən islahatlar, "Biz islahatlara hazırıq" şüarı altında yalnız "Caspian Energy Club" üzvü olan sahibkarların təşəbbüsü ilə deyil, eyni zamanda dövlət orqanlarının yüksək səviyyəli dəstəyi ilə gerçəkləşir. Bu islahatların uğurunda hökumət nümayəndələrinin aktiv rolu xüsusi olaraq vurğulanmalıdır. Bu istiqamətdəki səylər Azərbaycanın iqtisadi potensialının daha da artmasına, investisiya və biznes muhitinin daha da yaxşılaşdırmasına və beynəlxalq reytinqlərdə yüksək mövqe əldə edilməsinədxidmət edəcəkdir”, - deyə Telman Əliyev qeyd edib.

 

“Caspian Energy Club” haqqında qısa məlumat

 2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes-networking platformasıdır. 

“Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədilərinən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. 

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyət qöstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır.

“Caspian Energy Club International” tərəfindən idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda, Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işqüzar platformadır.

2004-cü ildən fəaliyət göstərən “Caspian Energy Event Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxaq və milli forumlar, meetup-lar və dəyirmi masalar təşkil edən beynəlxalq şirkətidir.

“Caspian Energy International Media Group” 1999-cu ildən fəaliyyət göstərir və “Caspian Energy Club”ın dəstəyi ilə 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy International Media Group”un fəaliyyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır və 20-dən çox ölkəsində əlavə çap olunur.

2004-cü ildən “Caspian Energy Club”ın dəstəyi ilə fəaliyyət göstərən “Award Organizers Group” dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “CEO Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Research Group” PR, marketinq, sosioloji və içtimayı rəy araşdırmaları keçirən, transmilli, regional dövlət və nəhəng özəl holdinglər üçün geniş miqyaslı konsaltinq xidmətlərini göstərən investisiya-konsaltinq şirkətidir. 

1991-ci ildən fəaliyyət göstərən “Caspian Energy Entertainment Group” fərqli ölkələrdə “Caspian Energy CUP” çərçivəsində idman yarışmaları, intelektual və əyləncə oyunları təşkil edən beynəlxalq şirkətdir.

{gallery}Sjowpa{/gallery} 

Read 52 times Last modified on Çərşənbə axşamı, 01 Aprel 2025 12:17