Bazar, 09 Fevral 2025 10:56

Astanada Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib

Fevralın 7-də Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun II Şura toplantısı keçirilib. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və fonda üzv və müşahidəçi ölkələrin müvafiq qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər. 

İclasda çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli nazirliyin Türk dünyasının zəngin mədəni irsini qorumaq və gələcək nəsillərə ötürmək üçün bütün türk əməkdaşlıq təşkilatları ilə sıx əlaqələr qurduğunu deyib. Bildirib ki, strateji tərəfdaşlıqlar, innovativ təşəbbüslər, birgə tədqiqat layihələri və rəqəmsal arxivlərin yaradılması kimi addımlar mədəni irsimizi gələcək nəsillərə ötürmək üçün vacib vasitələrdir. 

Nazir çıxışının sonunda ötən ilin dekabrında Aktau şəhərində Azərbaycana məxsus təyyarənin qəzaya uğraması zamanı göstərdiyi yardım və dəstəyə görə Qazaxıstan hökumətinə, qardaş türk respublikalarına təşəkkür edib, toplantının işinə uğurlar arzulayıb.

Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 

Read 35 times