Aprelin 16-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə ADA Universiteti arasında “Yaradıcı Mərkəz” layihəsi çərçivəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Sənədi ADA Universitetinin rektoru professor Hafiz Paşayev və mədəniyyət naziri Adil Kərimli imzalayıblar.
Memorandum ADA Universiteti ilə “Yaradıcı Mərkəz” arasında nəzəri və təcrübi biliklərin artırılması sahəsində əməkdaşlığı ehtiva edir. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.