Fevralın 12-də Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində ICESCO-nun Mədəniyyət Nazirləri Konfransının “Sosial-iqtisadi inkişafa mədəniyyətin təsiri” mövzusunda 13-cü sessiyası öz işinə başlayıb. Fevralın 13-də davam edən tədbirdə nazir müavini Fərid Cəfərov 13-cü sessiyaya sədrlik edən Səudiyyə Ərəbistanı tərəfinə təşəkkürünü bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mədəniyyət siyasəti çərçivəsində ICESCO ilə əməkdaşlığa xüsusi önəm verildiyini vurğulayan nazir müavini ötən konfransda "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilmiş Azərbaycanın Şuşa şəhərində il ərzində təşkil olunmuş tədbirlər barədə məlumat verib.
Sərgidə Vatikan da daxil olmaqla 30-a yaxın ölkənin kolleksiyalarında qorunan unikal İslam irsi nüsxələri təqdim edilir.
Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir.