Cümə axşamı, 10 Aprel 2025 14:26

Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi olub

Aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılışı keçirilib. 

Açılış mərasimindən öncə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli və Qətər Dövlətindən olan həmkarı Şeyx Əbdülrəhman bin Həməd əl-Tani Dənizkənarı Milli Parkda yaradılan müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olublar. Əvvəlcə Azərbaycan Respublikası və Qətər Dövləti arasında əməkdaşlıq münasibətləri barədə məlumat verilib, mədəniyyətin xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində müstəsna rolu vurğulanıb. 

Sonra geniş konsert proqramı təqdim olunub. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

Read 3 times Last modified on Çərşənbə axşamı, 15 Aprel 2025 10:38