İqtisadiyyat naziri Mikayıl Cabbarov Omanın "Suhail Bahwan Group Holding” şirkətinin nümayəndələri ilə görüşüb.
Oman şirkətinin təmsilçilərinə ölkəmizdə qeyri-neft iqtisadiyyatının prioritetləri və xarici sərmayələrin qoyuluşu üçün yaradılmış əlverişli biznes mühiti barədə məlumat verilib, bu sahədə dövlət-özəl tərəfdaşlığının önəmi qeyd olunub. Bildirilib ki, Azərbaycanda əlavə dəyər yaradan istehsalın qurulmasına dövlət tərəfindən göstərilən dəstək tədbirləri, eləcə də istehsal olunan məhsulun xarici bazarlara ixracı üçün nəqliyyat-logistika infrastrukturu xarici şirkətlər tərəfindən investisiya qoyulması üçün ölkəmizin cəlbediciliyini artırır.
Tərəflər birgə investisiya layihələri, o cümlədən potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.