Çərşənbə, 26 Fevral 2025 15:17

Qazaxıstan Prezidenti Omanın xarici işlər nazirini qəbul etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Oman xarici işlər naziri Bədr Əl-Busaidini qəbul edib.

Görüş zamanı nəqliyyat-logistika, kənd təsərrüfatı, mədəni-humanitar sahələr və rəqəmsallaşma istiqamətlərində əməkdaşlığın perspektivləri müzakirə olunub. İki dövlət arasında birbaşa aviareysin açılması məsələsi də nəzərdən keçirilib ki, bu da qarşılıqlı əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Bundan əlavə, tərəflər regional təhlükəsizlik və çoxtərəfli təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar. Bu barədə "Caspian Energy Media" Qazaxıstan Respublikası Prezidentinin rəsmi saytına istinadən xəbər verir.

 

Read 15 times