Martın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov onun dəvəti ilə Bakıda rəsmi səfərdə olan Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenov ilə görüşüb.
Əvvəlcə hökumət başçılarının təkbətək danışıqları olub, onlar ikitərəfli gündəliyin cari məsələlərini müzakirə ediblər.
Sonra Ə.Əsədov və O.Bektenov hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüşü davam etdiriblər. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsinə qarşılıqlı sadiqlik təsdiq edilib.
Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.