Çərşənbə, 26 Fevral 2025 08:29

Kommersiya hüquqi şəxslərin qeydiyyatı sahəsində yeniliklər diqqətə çatdırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı mövzusunda  yeniliklərə həsr edilmiş onlayn görüş keçirilib.

Görüşdə bildirilib ki, biznes mühitinin təkmilləşdirilməsi istiqamətində islahatlar davam etdirilir. Bununla əlaqədar Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi hazırlanıb.

Görüş iştirakçılarına bu sahədə gözlənilən rəqəmsal yeniliklər barədə də məlumat verilib.

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Read 9 times Last modified on Çərşənbə, 26 Fevral 2025 11:02