Şənbə, 15 Mart 2025 11:19

Böyük Britaniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Orxan Nəzərli Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) ekspertləri Entoni Klark və Stefen Denyerlə görüş keçirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər  birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, eyni zamanda, ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüş zamanı Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində birgə əməkdaşlıq, qarşılıqlı məlumat mübadiləsi, vergidən yayınma halları ilə mübarizə, transfer qiymətlərinin tənzimlənməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi sahələrdə tərəfdaşlıq təşəbbüsləri nəzərdən keçirilib. Bu barədə "Caspian Energy Media" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Read 16 times