Cümə, 07 Mart 2025 14:37

Azərbaycan və Sinqapur vergi inzibatçılığına dair qabaqcıl təcrübələri nəzərdən keçirib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş keçirib.

Görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması müzakirə edilib. Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat mübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı və vergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığın təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən keçirilib.

"Caspian Energy Media" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Read 46 times Last modified on Cümə, 07 Mart 2025 11:43