Cümə, 21 İyun 2024 14:43

SOCAR Bolqarıstanda sənaye müştərilərinə təbii qaz tədarükünə başlayıb

21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanda sənaye müəssisələrinə təbii qaz tədarükünə başlayıb.

Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, təbii qaz tədarükü Azərbaycan və Bolqarıstan hökumətləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən enerji sektorunda əməkdaşlığın daha da inkişafını nəzərdə tutan sazişə, həmçinin SOCAR-ın Avropa qaz bazarında kommersiya iştirakının genişləndirilməsi strategiyasına uyğun olaraq həyata keçirilir.

Read 515 times Last modified on Cümə, 21 İyun 2024 10:50