Şənbə, 31 May 2025 10:42

SOCAR-ın prezidenti İranın neft nazirinin kommersiya məsələləri və beynəlxalq əlaqələr üzrə müavini ilə görüşüb

30 may 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf İran İslam Respublikasının neft nazirinin kommersiya məsələləri və beynəlxalq əlaqələr üzrə müavini Seyid Əli Məhəmməd Musəvi ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında enerji sektorunda əlaqələrin genişləndirilməsi üçün geniş potensialın olduğu qeyd edilib, bu xüsusda, SOCAR ilə İran şirkətləri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 23 times Last modified on Bazar ertəsi, 02 İyun 2025 10:45