Şənbə, 05 Aprel 2025 12:02

SOCAR-ın prezidenti “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri ilə görüşüb

SOCAR-ın prezidenti Rövşən Nəcəf Rumıniyanın “Chimcomplex S.A.” şirkətinin İdarə Heyətinin sədri Ştefan Vuza ilə görüşüb.

Görüşdə şirkətlər arasındakı mövcud əlaqələrin önəmi qeyd olunub, keçirilmiş görüşlər zamanı aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı şirkətlərin ümumi fəaliyyəti və planları barədə məlumat verilib, neft-kimya sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

Read 12 times