Cümə axşamı, 11 İyul 2024 11:50

Birinci yarımildə respublikada 3,2 milyon ton neft emal edilib

 

Respublika üzrə neft hasilatının 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) Abşeron yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, hesabat dövründə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür.

Cari ilin yanvar-iyun aylarında ölkədə neftin emalı 3,2 milyon ton təşkil edib.

2024-cü ilin iyun ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub. Bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib.

Daha ətraflı

 

Read 435 times