Cümə axşamı, 01 Avqust 2024 14:50

SOCAR-ın prezidenti ADNOC şirkətinin icraçı direktoru ilə görüşüb

31 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Əbu-Dabi Milli Neft Şirkətinin (ADNOC) aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Əl Kaabi ilə görüşüb.

Caspian Energy Media SOCAR-a istinadən xəbər verir ki, tərəflər enerji keçidi və dekarbonizasiya sahələrində əməkdaşlıq imkanlarını nəzərdən keçirib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Daha ətraflı

Read 427 times