Çərşənbə, 20 Noyabr 2024 18:35

“Azəriqaz” İstehsalat Birliyi və Yaponiyanın “Mitsui & Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi və Yaponiyanın “Mitsui & Co., Ltd.” şirkəti arasında metan emissiyasının azaldılması layihələrinin birgə tədqiq edilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Sənəd “Azəriqaz”ın Azərbaycan ərazisində idarə etdiyi qaz kəmərlərində qaz sızmalarının qarşısının alınmasını, həmçinin Birgə Kreditləşdirmə Mexanizminin (JCM) və ya digər karbon kredit mexanizmlərinin tətbiqini nəzərdə tutur. Tədqiqat gələcəkdə daha geniş tətbiq potensialı ilə Zirə qəsəbəsində başlanacaq.

 

Read 121 times Last modified on Cümə axşamı, 21 Noyabr 2024 10:45