Bazar ertəsi, 23 Dekabr 2024 10:15

“SOCAR Türkiyə”nin gələn il üçün hədəfləri müzakirə edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Türkiyə” şirkətinin gələn il üçün hədəfləri və nəzərdə tutulan layihələr müzakirə edilib.

Bu barədə “Caspian Energy Media” “SOCAR Türkiyə”yə istinadən xəbər verir. Müzakirələr İstanbulda keçirilən “SOCAR Türkiyə”nin İdarə Heyətinin iclasında aparılıb.

Həmçinin TANAP-ın İdarə Heyətinin iclasında layihənin 2024-cü il üzrə fəaliyyəti, enerji təchizatı təhlükəsizliyinə verdiyi töhfələr və əməliyyat fəaliyyətindəki uğurlar müzakirə edilib. İclasda 2025-ci il üçün qarşıya qoyulan hədəflər və layihələr ətraflı dəyərləndirilib.

İclasda, şirkətin 2024-cü ildəki fəaliyyəti, əldə etdiyi mühüm nailiyyətlər və strateji hədəflərə çatmaqda göstərdiyi performans ətraflı qiymətləndirilib.

 

Read 15 times Last modified on Bazar ertəsi, 23 Dekabr 2024 10:18