Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 1,5 milyon ton təşkil edəcək, “Caspian Energy Media” xəbər verir.
2024-cü ildə BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton plan üzrə 1,4 milyon ton təşkil edib. 2025-ci il üçün BTC üzrə plan 2024-cü ilin səviyyəsində - 1,5 milyon ton neft həcmində qalır.
Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti üzrə 5 illik müqavilə bağlanılıb.